Nadir Nəbiyev “Turan Tovuz”un akademiyasının direktoru olub

“Turan Tovuz”un yeni uşaq akademiyasının direktoru müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA və FİFA-nın maliyyə dəstəyi, AFFA-nın təşkilatçılığı ilə fəaliyyət göstərəcək futbol mərkəzinə rəhbərlik Nadir Nəbiyevə tapşırılıb. 

O, eyni zamanda klubun icraçı direktoru və Qərb regional futbol federasiyasının prezidenti vəzifələrini icra edir. Akademiyanın rəsmi açılışı sentyabrın 1-nə təyin olunub.

300-dən artıq uşaq və yeniyetməni bir araya gətirəcək məktəbin qurulmasıyla bağlı işlərə yaxın günlərdə start verilməsi planlaşdırılır.

Həmin kateqoriyadan