- Baxış sayı: 18
- 19 Aprel 2024 23:25
- Baxış sayı: 44
- Aprel 18, 2024
- 0
Azərbaycan milli komandasının futbolçusu Namiq Ələsgərov ölkə çempionatlarında 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Neftçi”nin yarımmüdafiəçisinin yubileyi 6-cı turunda “Səbail”lə ev matçına təsadüf edib.
Premyer liqada 2011/12 mövsümündə, yetirməsi olduğu “Bakı”nın heyətində debüt edən yarımmüdafiəçi “zolaqlılar”ın forması ilə 19 matçda 2 dəfə fərqlənib.
“Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol) çempionat oyununda iştirak edən futbolçu indiki klubunda həm daha çox görüşə çıxıb, həm daha çox qol vurub – 41 matçda 7 top.