Namiq Ələsgərov: Görüşü sakit tərzdə başa vurmalıyıq

“Bizim üçün çox vacib oyundur. Rəqibin nə qədər ciddi olduğunu bilirik, oyunlarını analiz etmişik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin futbolçusu Namiq Ələsgərova dedi.

Yarımmüdafiəçi qitə liqasının 3-cü ələməsində İsrailin “Bney Yəhuda” klubu ilə oyun öncəsi mətbuat konfransında bunu əlavə etdi: 
 
“Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bundan əvvəl ilk oyunu səfərdə keçirmişdik. Bu dəfə evdə çıxış edəcəyik. Mən də komanda kimi təlaş keçirməməyə çalışacam ki, oyunu sakit tərzdə başa vuraq”.
 
Xatırladaq ki, sabah “Bakcell arena”da görüş saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan