- Baxış sayı: 36
- 24 Aprel 2024 23:00
- Baxış sayı: 35
- Aprel 23, 2024
- 0
Sabah “ay-ulduzlular”ımız Norveçdə bu ölkənin millisi ilə tale matçına çıxacaq. Allsport.az saytı xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Namiq Ələsgərov bu oyun barədə açıqlama verib:
“Məşqçimiz də qeyd edib ki, Norveç millisi hazırda çox yaxşı vəziyyətdədir. Ancaq biz də Azərbaycana yaxşı nəticəylə qayıtmaq üçün əlimizdən gələni etməyə çalışacağıq.
Norveçin son oyunlarına, o cümlədən Çex Respublikası ilə görüşünə baxmışıq. Rəqib son vaxtlar xeyli inkişaf edib, ona görə də bizi çətin səfər qarşılaşması gözləyir”.