Namiq Ələsgərov: “Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik”

“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov “SKA-Xabarovsk” ilə yoxlama oyununu (3:1) dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, ilk qolun müəllifi bu görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib:

“Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur, Avropa lqasındakı ilk oyunumuzadək tam hazır olaq.

Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bugünkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.

Həmin kateqoriyadan