Namiq Əliyev: Əsas hədəf lisenziyalar qazanmaqdır ki, sonra olimpiadaya rahat hazırlaşaq

“Bu, çox önəmli dünya çempionatıdır, Tokioda keçiriləcək olimpiya oyunlarına ilk lisenziya verən yarışdır. Olimpiya lisenziyaların sayı azalıb. Hər bir çəkidəki idmançı sayı 21-dən 16-a endirilib. Buna görə, çox çətin olacaq. Həh halda, komandalarımız kifayət qədər hazırlıqlıdır. Uğura inanıram”.

Allsport.az saytı xəbər verir ki, bunu KİV-ə güləş federasiyasının prezident əvəzi Namiq Əliyev dedi. O, bildirdi ki, hədəf həmişə çoxlu medallar olub: “Hər dəfə olduğu kimi, yenə kifayət qədər medalımız olacaq. Təcrübəli güləşçilərimiz var. Mundiala əsas heyətlə yollanırıq. Dünya və Avropa çempionlarımız da orada olacaq. Əsas hədəfimiz lisenziyalar qazanmaqdır ki, sonra olimpiadaya rahat hazırlaşaq.

Bu heyətdə yeni adlar, yəni, gənclərə rast gəldiniz. Bu ənənə davam edəcək. Hesab edirəm ki, olimpiya oyunlarında da gənc idmançılarımızı görəcəksiniz”. Qeyd edək ki, dünya çempionat 14-11 sentyabrda Qazaxıstan paytaxtı Nur-Sultanda keçiriləcək.

Həmin kateqoriyadan