Namiq Əliyev qitə çempionatına yollanacaq heyəti elan etdi

8-14 apreldə Rumıniya paytaxtı Buxarestdə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu gün olimpiya güləş mərkəzində təşkil olunan açıq məşqin yekununda AGF-in rəhbəri Namiq Əliyev heyəti elan etdi. “Sərbəstlər”də baş məşqçi Saypulla Absəidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Azərşakib Seyidməhəmmədrza (125 kq) qüvvəsini sınayacaq.

Ayın 10-12-də xalça üzərinə qadınlar çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (75 kq) icra edəcəklər.

Aprelin 12-14-də isə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaqlar.

Buxarestə yollanacaq nümayəndə heyətinə Namiq Əliyev rəhbərlik edəcək. AGF-nin vitse-prezidenti Firdovsi Umudov da orada yer alacaq. Bu sınaqda ölkəmizi rekord sayda – 4 olimpiya kateqoriyalı hakim – Hicran Şərifov, Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev təmsil edəcək.

Həmin kateqoriyadan