Namiq Hüseynov final oyununa təyinat alıb

FIFA referi köməkçisi Namiq Hüseynov region liqasının final oyununa təyinat alıb. 

Allsport.az saytı xəbər verir ki, o, iyunun 26-da “Burghausen stadionu”nda keçiriləcək “Bavariya” (Almaniya) – “Dolny Şlask” (Polşa) qarşılaşmasında rumıniyalı baş hakim Sebastyan Kolteskuya kömək edəcək.

Digər köməkçi hakim Senad İbrisimbegoviç (Bosniya və Herseqovina), dördüncü hakim isə Georgi Vadaçkoria (Gürcüstan) olacaq.  

Həmin kateqoriyadan