“Napoli”dən Bakı ilə bağlı xoş paylaşma

İtaliyanın “Napoli” klubunun “Tvitter”də rəsmi səhifəsində Azərbaycan və Bakı ilə bağlı xoş paylaşma edilib. Allsport.az saytı xəbər verir ki, bu komandanın bir neçə azarkeşi paytaxtımızda çəkilən fotoda 3 dildə (italyanca, ingiliscə və azərbaycanca) belə bir ifadə yazıblar:

“Azərbaycan, bizim yeni mövsüm üçün formamız və Bakı şəhərinin möhtəşəm Alov qüllələri. Yeri gəlmişkən, Bakı və Neapolun qardaşlamış şəhərələr olduğunu bilirdinizmi?”

Qeyd edək ki, bu iki şəhər 1972-ci ildən qardaşlaşıblar. Hər 2 şəhərin köklü klubu SSRİ dövründə Napolidə 1 dəfə üz-üzə gəlib. Həmin görüş 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə bitib.

Həmin kateqoriyadan