LAYİHƏ
Natalya Sinişin: Olimpiya oyunlarıda bürünc medal da böyük nəticədir

Rio-2016-da uğurlu çıxış edən olimpiyaçılarımızdan biri Natalya Sinişin (53 kq) idi. Əslində, püşkdə onun bəxti gətirməmişdi. Elə ilk mübarizədə debütantın önünə 3-qat olimpiya və 13-qat dünya çempionu çıxmışdı. Çoxu idmançımızın Saori Yoşidaya asanlıqla təslim olacağını gözləyirdi. Amma o, adlı-sanlı rəqibinə ciddi müqavimət göstərdi; qarşısına çıxanları bir anlığa şil-küt etməyə adət etimiş yaponların iftixarı, sonda Nataşandan cəmi 4 xal ala bildi. Asiyalı finala çıxdığından, Ukrayna əsilligüləşçimiz təsəlliverici görüşlərə qatıldı, orada inamlı təsir bağışlayıb bürünc medal qazandı. Ümummilli liderin adını daşıyın sarayın önündə ucalan abidəsi ətrafında təşkil olunan tədbirdə, o, allsport.az saytının suallarını cavablandırdı:

Mütəxəssislər, Rio-2016-da fərqlənəcəyinizi ehtimal etmirdilər. Amma  siz ilk cəhddə fəxri kürsüyə çıxmağı bacardınız.
– Çıxışımdan çox razıyam. Debüt olimpiadasında medal qazanmaq hər idmançıya nəsib olmur.

Püşkdə bəxtiniz gətirməsə , olimpiya heyətinə düşmək baxımından gətirdi: məşqçilər korpusu ötən il ABŞda keçirilən dünya çempionatında Rioya vəsiqə qazanan Angela Doroqana deyil, sizə etimad göstərdi.
– Razıyam. Mənə dəstək olan hər kəsə minnətdaram. Həmin məşqçilərin üzərimdə böyük əməyi var. Olimpiya oyunlarında bürünc medal da böyük nəticədir. Çox çalışdım, özümü doğrultduğuma görə şadam.

Bununla, siz həm Lvov məktəbinin nüfuzunu Azərbaycanda qorudunuz.
– Bəli. İlk növbədə, sübut etdim ki, güclüyəm. Çox işləyirdim. Həftələrlə həyatımın bir parçası saydığım qızımı görmürdüm.

Qarşıdakı planlarınız nədən ibərət olacaq?
– Hələ ki, istirahət edəcəyəm, qızıma daha çox diqqət ayıracağam. Necə alınacağına, sonra baxarıq (gülümsəyir).

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

Həmin kateqoriyadan