Naxçıvan futbolunda inqilab: Əsgər Abdullayev muxtar respublika klubuna baş məşqçi gətirildi

Naxçıvan stadionunun inzibati binasında muxtar respublikası futbol federasiyasının iclası keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman nazirliyi aparatının əməkdaşları, rayon, şəhər gənclər və idman idarələrinin rəisləri və futbol federasiyasının məşqçi müəllimləri iştirak ediblər.

Fikirlər dinlənilib, müzakirələr aparılıb. Çıxışlardan sonra, “Araz-Naxçıvan” Əsgər Abdullayevlə 1+1 illik müqavilə imzalanıb. Baş məşqçi göstərilən etimadı doğruldacağına söz verib.

Həmin kateqoriyadan