Naxçıvan kubokunda Türkiyə klubu

Ənənəvi Heydər Əliyev kubokunda iştirak edəcək bütün komandalar bəllidir. Allsport.az saytı xəbər verir ki, hər ilin mayında Naxçıvanda təşkil olunan yarış bu dəfə ölkə kubokunun final matçından sonra olacaq.

4-cü dəfə keçirilən turnirin bütün iştirakçıları bilinib. Dairəvi sistemlə 4 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mayın 20, 21 və 23-də divizion klubları – MOİK, “Şüvəlan”, yerli “Araz Naxçıvan”, eləcə də bir Türkiyənin “Ağrıspor” klubun 19 yaşlıları çıxış edəcəklər. 

Öz liqasının qalibi qardaş ölkə komandası Naxçıvana dəvət edilib və iştirakı haqda razılıq alınıb.

Həmin kateqoriyadan