Naxçıvan Kubokunu milli komandamız qazandı

Naxçıvan şəhərindəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilib. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edib.

Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparıb. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları yarışıb.

Öz yarımqruplarında birinci olmuş komandalar finalda qarşılaşıblar. Bunlar Azərbaycan və Rusiya yığmaları olub. Finalda hesab bərabər olsa da, yığmamız iki tuşe üstünlüyü ilə turnirin qalibi adını qazanıb. Üçüncü yeri isə Gürcüstan tutub.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Azərbaycan – Gürcüstan – 6:2
Özbəkistan – İran – 7:1
Azərbaycan – Özbəkistan – 7:1
Gürcüstan – İran 8:0
Azərbaycan – İran – 8:0
Gürcüstan – Özbəkistan – 7:1

1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Özbəkistan
4. İran

Naxçıvan – Türkiyə – 3:5
Rusiya – Qazaxstan – 8:0
Naxçıvan – Rusiya – 1:7
Türkiyə – Qazaxstan – 5:3
Naxçıvan – Qazaxstan – 7:1
Türkiyə – Rusiya – 1:7

1. Rusiya
2. Türkiyə
3. Naxçıvan
4. Qazaxstan

7-ci yer uğrunda
İran – Qazaxstan – 0:8

5-ci yer uğrunda
Özbəkistan – Naxçıvan – 2:6

3-cü yer uğrunda
Gürcüstan – Türkiyə – 4:4 (19:16)

FİNAL
Azərbaycan – Rusiya – 4:4

1. Azərbaycan
2. Rusiya
3. Gürcüstan
4. Türkiyə
5. Naxçıvan
6. Özbəkistan
7. Qazaxstan
8. İran

Həmin kateqoriyadan