Naxçıvan kubokunun finalında Azərbaycanla Rusiya qarşılaşacaq

Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçirilir. Allsport.az xəbər verir ki, turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran komandaları iştirak edir.

Komanda xarakterli turnirdə iştirak edən komandalar püşkə əsasən iki yarımqrupda mübarizə aparır. A yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, B yarımqrupunda isə, Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları mübarizə aparır.

Öz yarımqruplarında birinci olmuş komandalar finalda qarşılaşacaq. Final görüşləri 23 iyul, saat 10:00-dan etibarən başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Azərbaycan – Gürcüstan – 6:2
Özbəkistan – İran – 7:1
Azərbaycan – Özbəkistan – 7:1
Gürcüstan – İran 8:0
Azərbaycan – İran – 8:0
Gürcüstan – Özbəkistan – 7:1

1. AZƏRBAYCAN
2. Gürcüstan
3. Özbəkistan
4. İran

Naxçıvan – Türkiyə – 3:5
Rusiya – Qazaxstan – 8:0
Naxçıvan – Rusiya – 1:7
Türkiyə – Qazaxstan – 5:3
Naxçıvan – Qazaxstan – 7:1
Türkiyə – Rusiya – 1:7

1. Rusiya
2. Türkiyə
3. Naxçıvan
4. Qazaxstan

7-ci yer uğrunda
İran – Qazaxstan

5-ci yer uğrunda
Özbəkistan – Naxçıvan

3-cü yer uğrunda
Gürcüstan – Türkiyə

FİNAL
Azərbaycan – Rusiya

Həmin kateqoriyadan