Naxçıvan kubokunun püşkü atıldı

22-23 iyulda ümummilli lider Heydər Əliyevin xatirəsinə Naxçıvan Olimpiya İdman Kompleksində  gənc sərbəst güləşçilər arasında Naxçıvan kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda xarakterli yarışda Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxstan və İran pəhləvanları iştirak edir.

Bu gün turnirdə iştirak edən komandaların püşkatması, sonra idmançıların çəki prosesi keçirilib. Nəticəyə əsasən, “A” yarımqrupunda Azərbaycan, Gürcüstan, Özbəkistan və İran, “B” yarımqrupunda Naxçıvan, Türkiyə, Rusiya və Qazaxstan komandaları mübarizə aparacaqlar.

Yarışın proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Turnirin rəsmi açılış mərasimi 22 iyul 2015-ci il, saat 10:00-da baş tutacaq.

İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq. Turnir İdman-Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan