Naxçıvanda hansı komandalar seçildi?

Naxçıvanda cüdo federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında birincilik keçirilib. Allsport.az saytı xəbər verir ki, 2 yaş qrupunda təşkil olunan yarışda U-15-də 71, U-18-də 50 nəfər iştirak edib.

Adı ilk çəkilən yaş qrupunda Naxçıvan şəhər komandası 1-ci olub. 2-ci yerə Culfa, 3-cü sıraya Şərur çıxıb.

U-18-də Culfa komandası 1-ci, Naxçıvan 2-ci, Naxçıvan hərbi liseyi 3-cü olub.

Mükafatçılara ACF-in diplomları və medallar təqdim olunub.

Həmin kateqoriyadan