Naxçıvanda məşqçilər və cüdoçular üçün seminar

Naxçıvanda ACF-in təşkilatçılığı ilə məşqçi və cüdoçular üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda federasiya tərəfindən səfərə ezam olunmuş təcrübəli mütxəssislər və beynəlxalq dərəcəli hakimlər bu idmanda daim inkişafda olan texnika və qaydaları haqqında ətraflı məlumat veriblər.

Məşqçinin tələbələri yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət barədə təlimatlar verilib, onların yarışlarda tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti geniş müzakirə olunub. Seminarda yeniyetmə cüdoçulara əyani və praktiki təlimlər keçirilib.

Qeyd edək ki, Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə şəhər açıq birincilyi keçiriləcək.

Həmin kateqoriyadan