Nazim Əlicanovun komandası özünü doğruldur: Şahanə Nəzərova dünya birinciliyində də qalib gəldi

Afinada yeniyetmələrin dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yunan-Roma güləşçilərinin ardından meydan qızlara verilib.

Yarışda inamla çıxış edən Şahanə Nəzərova (38 kq) yarımfinalda rusiyalı güləşçini 65 saniyəyə tam üstünlüklə məğlub edərək finala yüksəlib. Bu gün həlledici görüşdə o, 82 saniyəyə qələbəni özünə təmin edib.

Qey edək ki, adı çəkilən idmançımız iyulda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilmiş Avropa birinciliyində də qızıl medal qazanıb.

Sabah Ayşən Yusifova (40 kq) uyraknalı Əminə Ponomarova ilə 3-cü yer üçün mübarizə aparacaq.

 

Həmin kateqoriyadan