Nazim Süleymanov: “Qarabağ”la oynamaq həmişə şərəfli olub

“Sumqayıt” Topaz premyer liqasının 4-cü turunda səfərdə “Qarabağ”a yenildi. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Nazim Süleymanov məğlubiyyətə belə şərh verib:

“Rəqibi təbrik edirəm. Bir neçə gün sonra Avropa liqası başlayır. O turnirdə də Ağdam təmsilçisinə uğurlar arzulayıram. “Qarabağ”la oynamaq həmişə şərəfli olub.

Futbolçular ən yaxşı keyfiyətlərini göstərməyə çalışırdı. Matç keyfiyyətli oldu. Mən komandadan razı qaldım. Daim irəli baxıb, irəli getmək lazımdır”.

Həmin kateqoriyadan