Nazim Süleymanov: “Sumqayıt” pis təsir bağışlamadı

“Sumqayıt” Topaz premyer liqasının ilk turunda Bakıda “Neftçi” klubuna 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında qonaqların baş məşqçisi Nazim Süleymanov yenilgiyə belə şərh verib:

“Təəssüflər olsun ki, azarkeşlərimizi sevindirə bilmədik. Buna rəğmən irəli baxmaq lazımdır. Komanda pis təsir bağışlamadı. İlk hissədə qol epizodlarımız oldu. Futbol səhvlərdən ibarətdir.

Biz də səhv etdik və hesabda geri düşdük. Rəqibə yaxın oynamaq lazım idi. İkinci qolda epizodunda da səhv etdik. Təcrübəli oyunçular belə səhv etməməlidir. İlk oyun idi. Həyəcan var idi. Çempionat yeni başlayıb. İrəli baxmaq lazımdır”.

Həmin kateqoriyadan