Nazim Umbayev Avropa birinciliyinin görüşlərini idarə edib

Rusiyada gənc cüdoçular arasında Avropa birinciliyi keçirilib. Allsport.az xəbər verir ki, mötəbər çempionatda cüdoçularımız uğurla çıxış edərək 1 qızıl və 1 gümüş medal qazanıb. İjevsk şəhərində baş tutan 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində azərbaycanlı hakim də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb.

Beynəlxalq dərəcəli hakim Nazim Umbayev qitə çempionatında ədalət təmsilçisi olub. Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması Umbayevə həvalə edilib.

Həmin kateqoriyadan