Nazim Umbayev beynəlxalq dərəcəli cüdo hakimi olub

Polşanın Qdansk şəhərində gənclərin Avropa kuboku zamanı Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün imtahanı təşkil olunub. Allsport.az saytı xəbər verir ki, bu sınaqda ACF nümayəndəsi Nazim Umbayev uğurla keçib, beynəlxalq dərəcə alıb.

Bununla da, hazırda fəaliyyət göstərən bu adda referilərimizin sayı 6-ya çatıb. Mətin Rəhimli, Arzu Acalova və Nazim Umbayev federasiyamızın son 2 ildəki səmərəli fəaliyyəti nəticəsində bu dərəcəyə sahib olub.

Həmin kateqoriyadan