Neft, qaz və kimya sənayesi işçilərinin Spartakiadası davam edir

Xəbər verdiyimiz kimi, sentyabrın 7-də neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına start verilib. Allsport.az xəbər verir ki, hər ilin sentyabr ayında neftçilərin peşə bayramı ərəfəsində təşkil olunan tədbir daim iştirakçıların böyük marağına səbəb olur.

Dünən atletika və mini-futbol yarışlarına start verildi. İsmət Qayıbov adına Təlim-İdman Bazasında təşkil olunan atletika yarışları elə spartakiadanın ilk günündə sona çatdısa, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən mini-futbol turniri hələ bir neçə gün davam edəcək.

Bu gün isə “Start” İdman Kompleksində üzgüçülük növü üzrə yarışlar keçirildi. Xeyli azarkeşin maraqla izlədiyi yarış kişilər və qadınlar arasında ayrılıqda təşkil olunmuşdu. Komandaların böyük həyəcanla mübarizə apardıqları üzgüçülük yarışlarına yekun vuruldu.

Həmin kateqoriyadan