“Neftçala” Almaniya klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycanın 1-ci divizion təmsilçisi “Neftçala” ilk yoхlama oyununu keçirib. Allsport.az хəbər verir ki, sözügedən komanda “Viktoriya” klubunu sınağa çəkib.

“Neftçala” Regional Liqada çıхış edən Berlin klubunu 2:1 hesabı ilə yenib.

Qeyd edək ki, “Viktoriya” bir neçə gün əvvəl “Sumqayıt”dan ayrılan Kiyan Sultanpurla müqavilə imzalayıb.

Həmin kateqoriyadan