Neftçalada kempo üzrə “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə turnir keçirilib

Azərbaycanın gözəl güşələrindən biri olan Neftçala rayonunda kempo idman növünün full kempo versiyası üzrə “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü”nə həsr olunmuş turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 6 komandadan  80-a yaxın idmançı öz güclərini sınayıblar. Turnir Neftçala rayon gənclər və idman təşkilatı və Azərbaycan Karate Do Federasiyaları Assosasiyasının razılığı ilə “Toğrul” klubunun təşkilatçılığı keçirilib.

Açılışı zamanı Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov çıxış edərək, bu gün Azərbaycanda dövlətin olimpiya və qeyri-olimpiya idman növlərinə fərq qoymadan sürətlə idmanımızın inkişafına dəstək verməyindən danışıb. Sonda qaliblər diplom medallarla təltif olundular. Rəqabətdə sıralaçanı müvafiq olaraq Toğrul”İK, Wolf Team, Sumqayıt, Ağcabədi, “Boz Oğuz”, Neftçala kollektivləri tutublar.

Həmin kateqoriyadan