“Neftçi”nin əsas qapıçısı əməliyyat olunacaq

“Neftçi”nin “Zirə” ilə oyun öncəsi məşqdə zədələnmiş qapıçısı Səlahət Ağayev sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat olunacaq.

Allsport.az saytı xəbər verir ki, təcrübəli futbolçu bunun üçün sabah Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

Əməliyyat “Acıbadəm” xəstəxanasında baş tutacaq.

Həmin kateqoriyadan