“Neftçi” əvəzedici heyəti ilə yoxlama görüşü keçirəcək

“Neftçi” Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində oyunları ilə əlaqədar premyer liqada yaranmış fasilə zamanı daha bir sınaq matçına çıxacaq.

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar 2-ci yoxlama görüşünü sentyabrın 6-da əvəzedici heyətə qarşı keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.

Xatırladaq ki, bu komanda ilk yoxlama oyununda MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.

Həmin kateqoriyadan