“Neftçi” 2 itki ilə hazırlaşır

“Neftçi” premyer liqanın 19-cu turunda “Sabah”la oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Səbail”lə görüşdən sonra fasilə verməyən “ağ-qaralar”, bu gün növbəti məşqinə çıxıb.

Aqil Məmmədovun fərdi hazırlaşdığı və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək. Matç “8-ci km” stadionunda saat 18:30-da başlayacaq.

Həmin kateqoriyadan