“Neftçi” 5-günlük istirahətə çıxıb

“Neftçi” bu gün səhər növbəti məşqə çıxıb. Allsport.az saytı xəbər verir ki, klubun bazasında baş tutan məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti millisi, U-21 yığmasının düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Hazırlıqdan sonra komanda üzvləri istirahətə buraxılıb. Məşqlər sentyabrın 5-də bərpa olunacaq. “Ay-ulduzlular”ımızın millətlər liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən, Topaz premyer liqasında fasilə yaranıb.

“Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü turda “Keşlə”ni qəbul edəcək.

Həmin kateqoriyadan