“Neftçi” – “Arsenal” matçının biletləri satışda

Avropa liqasının 2-ci ələməsində “Neftçi” – “Arsenal” oyununun biletləri bu gün satışa çıxarılıb.

Allsport.az saytı xəbər verir ki, qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) manat təşkil edən biletləri oyunun keçiriləcəyi “Bakcell arena”nın kassalarından, həmçinin “Rahat market”in “Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), “Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), “Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi (“Azadlıq” metrostansiyasının yanı), “Metropark” mağazalarından və “Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü.r 

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell arena”nın kassalarında satılacaq. Xatırladaq ki, avqustun 1-də görüş saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan