“Neftçi” azarkeş dəstəyi ilə məşq keçdi

“Neftçi” ölkə çempionatının 9-cu turunda “Qarabağ”la oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komanda “İsmət Qayıbov” adına bazasında növbəti məşqə çıxıb.

Çalışmada zədəli Ruslan Abışovdan savayı, bütün futbolçular iştirak ediblər. Mərkəzə gələn azarkeşlər “Qarabağ”la oyun ərəfəsində komanda üzvlərinə dəstək veriblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Oktyabrın 28-də “8-ci km” stadionunda oyun saat 17:00-da start götürəcək.

Həmin kateqoriyadan