“Neftçi” birinci divizion klubu ilə “sülh bağladı”

“Neftçi”nin əvəzedici heyəti seleksiya xarakterli yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, klubun U-19 komandasının bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi “Şərurspor”a qarşı olub.

Oyun “Dalğa Arena” stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. “Neftçi”nin heyətində Şəfi Bağırov fərqlənib.

Həmin kateqoriyadan