“Neftçi” – “Bney Yəhuda” matçının biletləri satışda

Avropa liqasının 3-cü ələməsində “Neftçi” – “Bney Yəhuda” oyununun biletləri satışa çıxarılıb.

Allsport.az saytı xəbər verir ki, qiyməti 2, 5, 20 və 100 manat təşkil edən biletləri “Bakcell arena” stadionunun kassalarından, həmçinin “Rahat market”dən, “Mega City” ticarət mərkəzindən, “Şahənşah” şadlıq sarayının birinci mərtəbəsindən, “Metropark” mağazalarından və “Mega Store”dan əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız “Bakcell arena”da satılacaq. Xatırladaq ki, matç saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan