“Neftçi” Braziliya xalqını təbrik etdi

“Neftçi” Braziliyanın Azərbaycandakı Səfirliyinə bu ölkənin Respublika elan olunmasının 125 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Allsport.az xəbər verir ki, klub rəhbərliyi adından göndərilmiş məktubda Braziliya xalqının 15 noyabr – Respublika Günü bayramı təbrik edilib.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da braziliyalı futbolçulara üstünlük verilir. Təsadüfi deyil ki, “Neftçi” PFK-ya transfer olunan futbolçuların arasında Braziliya vətəndaşları çoxluq təşkil edir. Bundan başqa Azərbaycan və Braziliya dövlətləri arasında inkişaf edən əlaqələrin yüksək səviyyədə olması da məktubda vurğulanıb.

Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Santiaqo Luis Bento Fernandes Alkasara üzərində “Neftçi”nin kapitanı, braziliyalı futbolçu Flavinyonun, eləcə də komandanın digər üzvlərinin imzası olan top hədiyyə olunub.

Həmin kateqoriyadan