“Neftçi” büdrədi, “Qarabağ” yenidən zirvəyə şərik oldu

Bu gün Topaz premyer liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, autsayder “Sumqayıt” səfərdə “Sabah”ın qonağı olub. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda tərəflər 1 xala razılaşıblar (1:1).

“Zirə” öz meydanında “Keşlə”ni 2:0 məyus edib. Son illərin dəyişməz şempionu “Qarabağ” rəqib meynanında “Səbail”lə üz-üzə gəlib. Ağdam təmsilçisi 2:1 qalib gələrək qızıl medallar uğrunda mübarizədə tarazlığı qoruyub.

Turun mərkəzi görüşü “8-ci km” stadionunda baş tutub. Lider “Neftçi” evdə “Qəbələ”ni qonaq edib. Hesabı 2-ci yarıda meydan sahibləri açsa da, “qara-qırmızılar” vurulan qolun əvəzini çıxmağı bacarıblar (1:1).

Həmin kateqoriyadan