“Neftçi” daxili çempionatda liderliyini davam etdirir

Dekabrın 23-də kişi voleybolçular arasında ölkə çempionatında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, turun açılış oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında baş tutub. Bakı təmsilçisi rəqibinə heç bir setdə şans verməyib – 3:0.

“Lokomotiv” – MOİK görüşü “hərbçilər”in meydana çıxmaqdan imtina etməsi səbəbi ilə keçirilməyib. Komanda əsas voleybolçularının zədəli olmasını əsas gətirib. Nəticədə “Lokomotiv” klubuna texniki qələbə verilib.

“Nəqliyyatçı” – “Naxçıvan” matçı maraqlı və gərgin mübarizə şəraitində keçib. Oyun tay-brekə qədər davam edib və Muxtar Respublika komandası 3:2 hesablı ilə qalib gəlib.

7 turdan sonra “Neftçi” 21 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 19 xalla 2-ci, “Naxçıvan” 12 xalla 3-cüdür.

Həmin kateqoriyadan