“Neftçi” Elnur Cəfərovu sərt cəzalandırıb

“Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Allsport.az saytı xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Futbolçu həmçinin klubun qaydalarına uyğun olaraq cərimə edilib. Buna səbəb Elnur Cəfərovun U-21 komandasının heyətində çıxışı və sosial şəbəkələrdə hərəkəti ilə millinin və klubun ictimai nüfuzuna xələl gətirməsidir.

Həmin kateqoriyadan