“Neftçi” gənc yarımmüdafiəçi ilə anlaşıb

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Allsport.az saytı xəbər verir ki, Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb. 2014/2015 mövsümündə “İnter” klubunun heyətində premyer liqada debüt etmiş gənc yarımmüdafiəçi , ötən mövsüm AzAL-ın heyətində 18 oyunda meydana çıxıb.

U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Sloveniya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.

Həmin kateqoriyadan