“Neftçi” hazırlığı bərpa edib

“Neftçi” Topaz premyer liqasının ilk turunda “Sumqayıt”la oyuna hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, əvəzedicilərlə sınaq matçından (4:1) sonra bir günlük fasiləyə buraxılan əsas komanda bu gün hazırlığı bərpa edib.

İsmət Qayıbov adına bazada baş tutan axşam məşqində zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Namiq Ələsgərov isə fərdi məşğul olub.

Hazırlıq sabah bir məşqlə davam edəcək. Avqustun 11-də “Daalğa arena”da keçirəcək oyun saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan