“Neftçi” İdman Klubunun rəhbəri qalib idmançısı ilə görüşdü

Dünən “Neftçi” İdman Klubunun aparat rəhbəri Sadıq Sadıqov Gürcüstanın paytaxtı Tifilisdə ağırlıqqaldırma üzrə keçirilən Avropa çempionatında qızıl medal qazanan Boyanka Kostova və məşqçi Nizami Paşayevlə görüşüb. Allsport.az saytı xəbər verir ki, İctimai Birliyinin rəhbəri mötəbər yarışda 12 rekordla parlaq qələbə qazanan idmançını təbrik edərək, bu nailiyyətin Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

Sadıq Sadıqov  son vaxtlar “Neftçi”nin təmsilçilərinin beynəlxalq yarışlarda, qitə və dünya çempionatlarında uğurlu nəticələr qazandıqlarını bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının və olpimpiya hərəkatının inkişafına göstərdiyi qayğını xüsusi vurğulayaraq, Bakıda baş tutacaq Birinci Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu qeyd edib.

“Neftçi İdman Klubu”nun üzvü, Avropa Çempionu Boyanka Kostova və məşqçi Nizami Paşayev onlara göstərilən etimada görə İctimai Birliyin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Həmin kateqoriyadan