“Neftçi İdman Klubu”nun samboçuları Bakı birinciliyində 15 medal qazanıb

Hövsan Olimpiya İdman Kompleksində 1999-2000-ci illər təvəllüdlü yeniyetmə samboçular arasında Bakı birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 10 çəki dərəcəsi üzrə 165 idmançı qüvvəsini sınayıb.

“Neftçi İdman Klubu”nun samboçuları bu rəqabətdə əzmlə mübarizə apararaq 15 medal (4 qızıl, 6 gümüş, 5 bürünc) qazanıblar.

Birincilikdə Kənan Babayev (52 kq), Emin Haqverdiyev (60 kq), Mikayıl Aqui (65 kq) və Aslan Qasımov (75 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq paytaxt çempionluğunun sevincini yaşayıblar.

Həmin kateqoriyadan