“Neftçi” ilə KİV nümayəndələri arasında görüş

Bu gün “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov və yeni transfer Rəşad Sadiqov media nümayəndələrinin qarşısına çıxıblar. Allsport.az saytı xəbər verir ki, əvvəlcə Rəşad Sadiqovun təqdimat mərasimi keçirilib.

Təcrübəli yarımmüdafiəçi 6 nömrəli formanı geyinəcək. Buna qədər həmin formanı daşımış Pavel Dreksa isə 16 nömrəli formada oynayacaq. Rəşad Sadiqov jurnalistlərin suallarına cavab verəndən sonra baş məşqçi, ona ünvanlanmış sualları cavablandırıb.

Ardınca – saat 17:30-da “Neftçi”nin “Zirə” ilə oyunöncəsi son məşqi start götürüb. Hazırlığın ilk 10 dəqiqəsi KİV və azarkeşlər üçün açıq olub. Bu komandaların oyunu oyunu sabah saat 19:00-da başlanacaq.

Həmin kateqoriyadan