“Neftçi” ilk dövrənin qalibi oldu

Bu gün Topaz premyer liqasında 7-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ilk dövrənin son turunda 3 görüş keçirilib. “Qarabağ”ın Avropa liqasında çıxışı ilə bağlı “Keşlə” ilə səfər matçı oktyabrın 31-nə təxirə salınıb.

Turun ilk oyununda “Zirə” paytaxtda “Qəbələ”ni 1:0 üstələyib. “Səbail” öz meydanında “Sumqayıt”a 2 cavabsız qol vurub. Eyni hesabla “Neftçi” debütant “Sabah”ı yenib.

Həmin kateqoriyadan