“Neftçi” İqor Getmanla anlaşmanı 1 il artırıb

Yeni mövsümdə əsas komandaya rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

O, 1991-1992, 1998-2007-ci illər ərzində “Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. Flaqmanın heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan İqor, müstəqillik dönəmində komandamızda ən çox oyun keçirən futbolçudur. 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın “A” kateqoriyalı məşqçisidir. Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.

Həmin kateqoriyadan