- Baxış sayı: 28
- 18 Aprel 2024 11:24
- Baxış sayı: 56
- Aprel 17, 2024
- 0
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 11-ci turunda evdə “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis qələbəni belə şərh edib:
“İlk növbədə xalqımızı bayraq günü münasibətilə təbrik edirəm. Qoy, bayrağımız daim ucalsın, ona baxaraq fəxr edək. Oyuna gəldikdə isə, komandamızı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Əzmkar oynayıb, qalib gəldik. “Neftçi” kimi komandaya qalıb gəlmək çox önəmli idi”.