“Neftçi” klubu ASAN Məktub” layihəsində 12 məktəblinin arzusunu gerçəkləşdirdi

“Bakcell Arena”da “ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi” klubunun təşkilatçılığı ilə  tədbir keçirildi. Allsport.az saytı xəbər verir ki, Təqvim il ərəfəsində baş tutan topıantıda sosial yönlü fəaliyyətə xüsusi önəm verən Bakı klubu “ASAN Məktub” layihəsi çərçivəsində 12 məktəblinin arzusunu gerçəkləşdirdi. Öncə bayraqdarın muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar, komandamızın üzvləri ilə yaşıl meydana çıxdılar.

Sonra tədbirin rəsmi hissəsi keçirildi. Burada “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandamızın baş məşqçisi Tərlan Əhmədov çıxış edərək, ürək sözlərini bildirdilər. Ardınca natiqlər, eləcə də “Məktəbli dostu” layihəsinin əlaqələndiricisi Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandamızın baş məşqçisi İslam Kərimov, “Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında media komitəsinin sədri Mahir Rüstəmli uşaqlara məktubda arzuladıqları hədiyyələri təqdim ediblər.

Tədbirin sonunda qışın bayramının qəhrəmanları Şaxta baba və Qar qız uşaqlara bayram ovqatı bəxş etdi, əyləncəli proqramda gözbağlayıcı öz ustalığı ilə azyaşlıları heyran etdi.

Həmin kateqoriyadan