VİDEO
“Neftçi” məşqlərini davam etdirir

“Neftçi” klubu Premyer liqasının 12-ci turunda “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçir. Hazırlıqda zədəlilərlə yanaşı, müxtəlif milli komandalara dəvət olunmuş futbolçularımız iştirak etməyiblər. Çalışmadan sonra hücumçu İbrahim Əliyev “Neftçi” TV-yə açıqlama verib:

“Gündə iki dəfə məşq edirik. Məşqlər yüksək səviyyədə keçir. “Sumqayıt”la oyuna hazırlaşırıq. Mənə şans veriblər, mən də özümü sübut edib komandada qalmaq, məşqçilərin rəğbətini qazanmaq istəyirəm. Yüksək liqada birinci oyunum idi. Bir az həyəcan var idi, amma meydana çıxandan sonra həyəcan qurtardı. Şükür Allaha, qalib gəldik. İlk oyunumda qələbə mənim üçün daha yaxşı oldu, məndə özünəinam yaratdı. Sağ olsunlar məşqçilər, çətin oyunda mənə şans verdilər”.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də “Kapital Bank arena”da keçiriləcək.

Həmin kateqoriyadan