“Neftçi” Milan Miyatoviçlə müqavilə bağlamaqdan imtina etdi

“Neftçi”nin Türkiyə toplanışına çernoqoriyalı qapıçı dəvət etdiyini xəbər vermişdik. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar”ın onunla da müqavilə imzalaması gözlənilirdi.

Amma bu, baş verməyib. Klubdan verilən məlumata görə, o, tibbi müayinədən keçə bilməyib. Sağlamlığında ciddi problem aşkarlanan futbolçunun xidmətindən imtina edilib.

Həmin kateqoriyadan