“Neftçi” millinin gənc futbolçusunu transfer edib

“Neftçi” transfer çalışmalarını davam etdirir. Allsport.az sayt xəbər verir ki, gənc futbolçu Turan Vəlizadə ilə 3-illik müqavilə bağlanıb. 18 yaşlı mərkəz yarımmüdafiəçisi 33 nömrəli geyimdə çıxış edəcək.

“Əlincə”nin yetirməsi olan Turan “Qarabağ”ın və Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupunda, eləcə də 16 və 17 yaşadək milli komandalarımızda oynayıb. O, U-19 yığmamızın üzvüdür.

Xatırladaq ki, “ağ-qaralar” bunadək qvineyalı mərkəz yarımmüdafiəçisi Mamadu Kane ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik anlaşıb.

Həmin kateqoriyadan