“Neftçi” Nar bayramına yollanır

Hər il ənənəvi olaraq Göyçay rayonunda təşkil olunan Nar bayramında bu il “Neftçi”də iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, təşkilatçılar tərəfindən göndərilən dəvət məktubunda yerli “Aznar” futbol komandası ilə oyun keçirilməsi təklif olunub.

Nar bayramının ölkə əhəmiyyətli tədbir olmasını nəzərə alan klub rəhbərliyi bu dəvətə müsbət cavab verib. Sabah saat 15:00-da Göyçay rayon stadionunda keçiriləcək yoldaşlıq oyununda “Neftçi”nin U-19 komandası “Aznar” futbol komandası ilə qarşılaşacaq.

Həmin kateqoriyadan